Bütün layihələr Saytlar

EGUN saytı

Ağ Şəhərdəki EGUN konsept kafesi üçün korporativ sayt: günün vaxtına görə menyu, EGUN Kids bölməsi, ünvan və 3D tur — üç dildə.

EGUN saytı

EGUN — Ağ Şəhərdə, Fizuli Əliyev küçəsində yerləşən konsept kafedir. Kafe bizə korporativ vebsayt üçün müraciət etdi: menyu, ünvan, EGUN Kids bölməsi və 3D tur bir yerdə toplanmalı idi.

Sayt korporativ struktur üzərində qurulub: əsas səhifədə kafe haqqında qısa məlumat, mətbəx bölməsi, ünvan və EGUN Kids bölməsi yer alır. Menyu günün vaxtına görə — səhər, günorta və axşam — ayrıca kateqoriyalara bölünüb. EGUN Kids bölməsində uşaq zonası və master-klasslar qiymətləri ilə təqdim olunur. Sayt üç dildə işləyir, 3D tur isə kafeyə virtual baxış imkanı verir.

Nəticədə kafe haqqında bütün əsas məlumat bir yerdə toplanıb və ziyarətçi üçün əlçatan olub.

Sayt artıq işə salınıb — canlı versiyaya baxın.

Məhsulun interfeysi

EGUN saytı: ana səhifəEkran 1
EGUN saytı: mətbəx və yeməklərEkran 2
EGUN saytının mobil versiyası: ana səhifə, haqqımızda və menyuEkran 3
EGUN saytının mobil versiyası: EGUN Kids və ünvanEkran 4
EGUN saytı: EGUN Kids bölməsiEkran 5
EGUN saytı: ünvan və əlaqəEkran 6

Layihənin texnologiyaları

PHP

Figma

HTML5